Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.
Sport1.az xəbər verir ki, yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi 3 medal qazanıb.
Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) gümüş, Zidan Hünbətovla (55 kq) Əli Abdullayev (65 kq) bürünc mükafata yiyələniblər.