"İmişli" Misli Premyer Liqasının 6-cı turunda "Sabah"a uduzub - 1:3.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Oyunun ağır keçəcəyini bilirdik. "Sabah"ın hücum xəttində təhlükəli olduğunu bildiyimiz üçün, maksimal dərəcədə onun qarşısını almağa çalışırdıq. 1-ci hissə istədiyimizi reallaşdıra bilirdik. 2-ci hissə isə topa nəzarət etməyə çalışırdıq. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq".
- Bütün komandalara qarşı eyni oyun planında oynamağın nəticə baxımından problem yaradacağını düşünürsünüzmü?
- Komandada struktur baxımından bir iş yoxdursa, 20 tur da keçsə də, nəticə olmayacaq. Təsadüfi bir işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız. Keçən oyunda 25-ci dəqiqədən sonra, bu oyunda isə 2-ci hissədə verdiyimiz reaksiyanın yaxşı olduğunu düşünürəm. Nəticəni zaman göstərəcək.