"Sabah" Misli Premyer Liqasının 6-cı turunda "İmişli"ni məğlub edib - 3:1.
Həmin qarşılaşmadan sonra Masazır təmsilçisinin müdafiəçisi Akim Zedadkanın
Sport1.az-a müsahibəsini təqdim edirik:
- Bu gün daha 3 xal qazandınız. Oyun haqqında təəssüratlarınız necədir?
- Bəli, qələbə qazanmaq çox vacib idi. Çünki biz bütün oyunlara qələbə üçün çıxırıq. Yaxşı bir komandaya qarşı oynadıq. Onlar meydanda nizam-intizamlı idilər. Yaxşı müdafiə olunurdular. Onları yarıb keçmək asan olmadı. İlk iki qolu uzaq məsafədən endirdiyimiz zərbələrlə vurduq. Xoşbəxtik. Milli komandaların oyunları üçün nəzərdə tutulan fasiləyə qalib qollanmaq vacib idi.
- Fasilədən sonra sizi 2 çətin oyun gözləyir: "Neftçi" və "Slaviya" (Praqa). Həmin matçlar haqqında nə düşünürsünüz?
- Həmin qarşılaşmalar tamamilə fərqli turnirlər çərçivəsində baş tutacaq. Biri Premyer Liqa, digəri Çempionlar Liqası matçıdır. Bütün qarşılaşmalara eyni intensivliklə çıxmağa çalışırıq. Fasilədə yaxşı hazırlaşacağıq ki, növbəti oyunlara hazır olaq. 3-4 gündən bir oyunlarımız olacaq. Bunlara hazır olmalıyıq.
- Premyer Liqada çıxdığınız 5 oyunun hamısında qələbə qazanmısınız. "Sabah" növbəti çempionluğa doğru irəliləyir?
- Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik. Lakin liqada yaxşı komandalar var. Görünür, bu mövsüm heç bir oyun asan baş tutmayacaq. Birinci pillədə qərarlaşmaq üçün uzun müddət mübarizə aparmalıyıq.