son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

"Qəbələ"yə qayıdan Elvin Camalov: "BUNA MƏCBUR QALDIM"

Bölmə adı Qəbələ
Yayımlandı Dünən, 16:01

"Qəbələ" Misli Premyer Liqasının 6-cı turunda "Neftçi"yə uduzub - 0:3.

Həmin qarşılaşmadan sonra "qırmızı-qaralar"ın yeni transferi Elvin Camalov sualları cavablandırıb.

Sport1.az bölgə təmsilçisinin futbolçusunun müsahibəsini təqdim edir:

- "Neftçi"dən ayrılaraq "Qəbələ"yə qayıtmaq qərarını nə ilə əlaqələndirirsiniz?

- Bu, mənim üçün önəmli oyun oldu. Çoxdandır oyun praktikam azalmışdı. "Neftçi"də az şans qazanırdım. Ona görə də belə bir qərar verdim. Əlbəttə, "Neftçi"dən ayrılmaq çox üzücü idi. O kluba, azarkeşlərinə və bütün əməkdaşlarına böyük hörmətim var. Sadəcə, çox şans qazana bilmədiyimdən, ayrılmaq məcburiyyətində qaldım. Daha çox oynamaq istəyirdim. Çünki karyeramın elə bir mərhələsindəyəm ki, oynamasaydım, karyeramı bitirməyə, necə deyərlər, uçuruma doğru gedirdim. Bir il də belə otursaydım, düşünürəm ki, karyeramı bitirəcəkdim və ya təkliflər az gələcəkdi. Ona görə də belə bir qərar verdim. "Neftçi"ni qələbə münasibətilə təbrik edir və komandaya uğurlar arzulayıram.

- "Qəbələ"yə qayıtmaq sizin üçün nə ifadə edir?

- "Qəbələ" mənim üçün yad komanda deyil. Bura mənə doğmadır, bu klubun futbolçu karyeramda çox önəmli yeri var. Bura gəlməyi də özümə borc bildim.

- "Neftçi" ilə oyunda "Qəbələ"nin çıxışını necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, yaxşı oyun alındı. Komanda olaraq yaxşı oynadıq. Sadəcə, "Neftçi" elə komandadır ki, gərək əlinə düşən fürsətlərdən yararlanasan. Biz bundan istifadə edə bilmədik. "Neftçi" isə keyfiyyətli futbolçulardan ibarət komandadır və yaranan fürsətlərdən yararlandılar. Sonda komandamızda bir qədər yorğunluq hiss olunurdu və buna görə məğlub olduq.

- "Qəbələ"nin yeni formalaşan komanda olması nəticələrə nə dərəcədə təsir edir?

- Düşünürəm ki, öz üzərimizdə işləməliyik. Daha çox gənclərdən ibarət komandamız var. Daha çox çalışıb, daha çox bir-birimizi tanıdıqdan sonra yaxşı nəticələr qazanacağımıza inanıram. Yeni baş məşqçimiz də gəlib.

- "Qəbələ"yə qayıdışınız necə baş verdi: Qərarınızı tez verdiniz, yoxsa müəyyən müddət düşündünüz?

- "Neftçi"də daha az şans qazandığım üçün belə qərar verdim. Həm də "Qəbələ" mənim qayıdışıma hər zaman isti yanaşıb. Kaxaber Tsxadadzenin baş məşqçi olduğu vaxt da komandaya dönməyimi istəyirdilər. İki variantım var idi və mən "Qəbələ"ni seçdim. Düşündüm ki, burada daha çox şans qazanar, daha çox oynayaram. Mənə inandılar, gələn kimi ilk "11-lik"də yer aldım. Ümid edirəm ki, gələcəkdə onların inamlarını doğruldaram.

- "Neftçi"dəki karyeranızı necə qiymətləndirirsiniz: Bu keçidi səhv qərar hesab edirsiniz?

- "Neftçi"yə keçəndə necə bir komandaya getdiyimi, necə azarkeşlərinin olduğunu bilirdim. Onlar həqiqətən sözün əsl mənasında hər zaman dəstək olublar. İstər oynadığım, istər oynamadığım vaxtlarda arxamda durublar. "Neftçi"də oynamaq, məncə, hər bir futbolçunun arzusudur. Mən də bu arzumu gerçəkləşdirdiyim üçün sevinirəm. "Neftçi"yə getməyimi karyeramın mənfi addımı kimi qiymətləndirməzdim. Düzdür, oynamadım. Yaş amili də, limit məsələsi də var idi. Sonradan legioner limiti ləğv olundu və komandaya yeni futbolçular alındı. Daha çox onlara güvəndilər, mənə isə güvənmədilər. Düzdür, məşqlərdə maksimum çalışırdım. Bunu məşqçilər də, rəhbərlik də təsdiqləyə bilər. Hər zaman nizam-intizamım, məşqlərə yanaşmam, şans veriləndə çıxışlarımdan razı qalıblar. Heç göndərmək fikirləri də yox idi. Söhbətlərimizdə də deyirdilər ki, biz səni zorla göndərmirik. Bu, özümün seçimim oldu. Sağ olsunlar, hörmətlə yanaşdılar. Mən də karyeramı uzatmaq baxımından daha çox şans qazanacağım "Qəbələ"yə gəldim.

- 2025/2026 mövsümündə "Neftçi"nin ən yaxşı qış transferlərindən biri idiniz. Lakin sonradan bir anlıq kölgədə qaldınız. Belə bir durumda hansı rəqabətdən söhbət gedə bilərdi?

- Həmin vaxt komandaya sabiq baş məşqçi Samir Abasovun istəyilə gəlmişdim. "Neftçi" daim ilk pillələr üçün oynadığından, hara getdiyimi, rəqabətlə üzləşəcəyimi anlayırdım. "Qəbələ"də də rəqabət var, heç vaxt bu məsələyə boş yanaşmaq olmaz. Sadəcə, "Neftçi"də 2025/2026 mövsümünün ikinci yarısında yerli limiti aktiv idi, legioner məhdudiyyəti götürülməmişdi. Sonradan legioner limiti ləğv olundu, əcnəbi futbolçular alındı və belə deyərdim ki, daha çox onlara güvəndilər. Mənə isə güvənmədilər. Düzdür, hər kəslə - istər rəhbərlik, istər məşqçilər heyəti, istərsə də bütün kollektivlə hər zaman qarşılıqlı hörmətimiz olub. Hörmətimi saxlayıblar. Sadəcə, futbolçu olaraq, daha az şans qazandım. Bəlkə də mənə inanmadılar. Mən də karyeramı uzatmaq baxımından belə bir seçim etdim.

- Əslində bildiyimiz qədərilə, 2025-ci ilin yayında da təklifləriniz olub. Sadəcə, maliyyə məsələlərində razılıq əldə edilməyib. "Qəbələ"yə qayıtdığınız vaxt hansısa güzəşt olundumu?

- Bəli, yayda da təkliflərim var idi. Sadəcə, "Neftçi"də qalmağı həqiqətən çox istəyirdim. "Sumqayıt"la oyundan sonra da demişdim ki, "Neftçi"də qalmağa üstünlük verirəm. Qarşılıqlı olaraq onlar da istəkli yanaşdılar. Əlbəttə, "Qəbələ"yə gələndə oynamaq baxımından müəyyən maddi məsələlərdən keçməli oldum. İnanıram ki, gələcəkdə oynayacağam. Çünki futbol elə bir sahədir ki, burada futbolçu nə qədər çox oynasa… Düzdür, bu gün məğlub olmuşuq, amma oynadığım üçün çox sevincliyəm. Səhvlərimi analiz edəcəyəm, amma oyun praktikası mənim üçün tam başqa bir şeydir. Oynamayanda insan daha çox kölgədə qalır, daha çox yaddan çıxır. Mən düşündüm ki, bu il də otursam, bu il də oynamasam, daha çox yaddan çıxacağam. O baxımdan oynayıb ən azı göz önündə olub milli komandaya hardasa bir namizədlər sırasında olacağımı düşünürəm.

- Millinin heyəti açıqlananda "Kaş, "Qəbələ"yə daha tez qayıdardım" deyə peşmanlıq keçirmədiniz?

- Bəli, mən də onu düşündüm. Fikrimcə, bura daha əvvəl gəlsəydim və hardasa 3 oyun şansım olsaydı… Düzdür, heyət 6-cı tur öncəsi açıqlandı. "Qəbələ"yə keçidimə dair qərarı daha tez versəydim, bəlkə, heyətdə mən də olacaqdım. Millidə oynamağı həqiqətən çox istəyirəm. Gələcəkdə təklif alaram.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR