"Fikrimi yığmaya yönəltməliyəm" - "SABAH"IN MÜDAFİƏÇİSİ PUXAÇ

Bölmə adı Sabah / Manşet
Yayımlandı Dünən, 10:31

"Xüsusi bir şey olmadı. Öz oyunumuzu oynadıq və qalib gəldik. Növbəti 3 xalı aktivimizə yazdırdıq".

Bu sözləri Sport1.az-a açıqlamasında "Sabah"ın futbolçusu Timoteuş Puxaç deyib.

Müdafiəçi "bayquşlar"ın fasilədən sonra nəzərdə "Neftçi" və "Slaviya" (Praqa) ilə oyunlarından danışdı:

"Milli komandamın düşərgəsinə yollanıram və fikrimi yığmaya yönəltməliyəm. Biz rəqiblərə görə oyun üslubumuzu dəyişmirik. Növbəti matçlarımızda da hər zaman etdiyimizi icra edəcəyik".

Puxaç "Sabah"ın mümkün növbəti çempionluğu barədə danışmağın erkən olduğunu bildirdi:

"Premyer Liqada hələ 5 oyuna çıxmışıq. Dəfələrlə demişəm: həmişə sadəcə növbəti matça köklənirik. Fərqli "cəbhələrdə" oyunlarımız var. Önəmli olan növbəti oyuna köklənməkdir".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR