Sərbəst güləşçi Hacı Əliyev RAF 13 turnirində ikinci görüşünə çıxıb.
Sport1.az xəbər verir ki, 35 yaşlı güləşçi yüngül çəkidə ABŞ-li Cakori Timerlə bacarmayıb - 6:9.
Hacının turnirdə debütü iyunun 13-də Sent-Luisdə keçirilən RAF 10 turnirində baş tutub.
Həmin qarşılaşmada o, Puerto-Rikonu təmsil edən Sebastyan Riveraya 5:9 hesabı ilə məğlub olub.