UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ" bu gün turnirin pley-off mərhələsində ilk matçında çıxacaq.
Sport1.az xəbər verir ki, "köhlən atlar" Niderlandda "Tvente"nin qonağı olacaq.
Ağdam klubu həmin qarşılaşmaya daha bir itki ilə çıxacaq.
Yeni transfer Cəbrayıl Makreçkis səfər qarşılaşmasında iştirak edə bilməyəcək.
Buna səbəb UEFA-nın yarımmüdafiəçini 2 oyunluq cəzalandırması ilə əlaqədardır.
O, III təsnifat mərhələsinin "Dinamo" (Kiyev) qarşı ilk matçda birbaşa qırmızı vərəqə alıb.
Xatırladaq ki, bu gün baş tutacaq "Tvente" - "Qarabağ" dueli saat 22:00-da start götürəcək.