"Səbail"in matçında dava düşüb

Bölmə adı I Liqa / Video
Yayımlandı Bu gün, 10:37

"Səbail" "Sakaryaspor"la yoxlama oyununda gərginlik yaşanıb.

Sport1.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində futbolçular arasında dava düşüb.

"Səbail"in oyunçusunun müdaxiləsindən sonra yerə yıxılan rəqib komandanın üzvü sərt ifadələr işlədib.

Məşqçilər korpusunun müdaxiləsindən sonra ara sakitləşib.

Xatırladaq ki, görüş bərabərliklə başa çatıb - 1:1.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR