son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● “Prezident İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir” ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ●

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 19-08-2026, 21:33

Avqustun 24-dən 27-dək Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında III “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək.

Sport1.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək yarışda Azərbaycanı “Ulduz” FA, “Zirə” FK, “Sabah” FK, “Neftçi” PFK və “Qarabağ” FK, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor” FK, Gürcüstanı “Dinamo Tbilisi”, Polşanı “Drukarz” KS, Türkmənistanı “Altın Taç” FK, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” təmsil edəcək.

Beləliklə, turnirdə ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparacaq.

Qeyd edək ki, “Ulduz Cup” beynəlxalq futbol turniri artıq üçüncü dəfə təşkil olunur. İlk turnirin qalibi Belarusun “Dinamo Minsk” komandası olub. “Ulduz” FA ikinci, Özbəkistanın “Bunyodkor” klubu isə üçüncü yeri tutub.

Ötən il keçirilən II “Ulduz Cup” turnirində isə “Neftçi” PFK birinci, “Paxtakor” FK ikinci, “Dinamo Tbilisi” isə üçüncü olub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR