son dəqiqə SON DƏQİQƏ
Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● “Prezident İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir” ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ●

Ozan Can Kökçü üzr istədi

Bölmə adı Milli
Yayımlandı 19-08-2026, 14:26

Türkiyənin "Vanspor" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ozan Can Kökçü sosial şəbəkə hesabında paylaşım edib.

Sport1.az xəbər verir ki, yarımmüdafiəçi “Manisa” ilə dueldə (1:4) aldığı qırmızı vərəqəyə görə üzr istəyib:

"Qarşılaşmada gördüyüm qırmızı vərəqənin peşəkarlığa uyğun olmadığını başa düşürəm. Ancaq heç bir halda, heç kimin şəxsiyyətimə və ya başqa bir insanın dəyərlərinə yönələn təhqir və hörmətsizliyinə biganə qalmağım mümkün deyil. Buna baxmayaraq, yaşanan hadisə qarşısında nəzarətimi itirməyimin doğru olmadığını qəbul edirəm. Bu səbəblə, başda böyük “Vanspor” camiəsi olmaqla, texniki heyətimizdən, komanda yoldaşlarımdan və bizi hər şəraitdə dəstəkləyən azarkeşlərimizdən üzr istəyirəm.

Bunun bilinməsini istəyirəm ki, bu forma, bu gerb və “Vanspor”un uğuru üçün mən və komanda yoldaşlarım son ana qədər mübarizə aparmağa, meydanda xarakterimizi və əməyimizi ortaya qoymağa davam edəcəyik".

Xatırladaq ki, Ozan bu yay "Vanspor"a keçib. O, “Manisa” ilə matçda cərimə zərbəsindən baxımlıq qol vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR