I Liqa təmsilçisi "Səbail" daha bir futbolçunun transferini açıqlayıb.
Sport1.az xəbər verir ki, klub 20 yaşlı yarımmüdafiəçi Rail Əmirquliyevlə 1 illik müqavilə imzalayıb.
Gənc futbolçu buna qədər "Şahdağ Qusar"da çıxış edib.
Xatırladaq ki, Rail Azərbaycan millisinin sabiq oyunçusu, "Səbail"in üzvü Rahid Əmirquliyevin qardaşının oğludur.