"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə əməliyyat olunub.
Sport1.az xəbər verir ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.
Futbolçu təxminən 5 ay sonra meydana dönə biləcək.
Misli Premyer Liqasının 1-ci turunun "Sumqayıt" - "Neftçi" matçında (1:3) qırmızı vərəqə aldıqdan sonra meydandan qovulan Səbuhi əli ilə dəhlizin şüşəsini sındırıb.
Nəticədə, futbolçu ayağından xəsarət alıb.