"Neftçi" Misli Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub.
Sport1.az xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu 1-ci turda "Sumqayıt"a qalib gəlib - 3:1.
"Ağ-qaralar" sonuncu dəfə 2022/23 mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt "Neftçi" səfərdə "Şamaxı"nı 1 qolla məğlub edib.
Paytaxt təmsilçisinin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınmışdı.
13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub - 4:1.
"Ağ-qaralar" startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı.
2001/02 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.