son dəqiqə SON DƏQİQƏ
Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● “Prezident İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir” ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ●

Dambrauskas: “Mövcud heyəti gücləndirmək lazımdır“

Bölmə adı Sabah
Yayımlandı 16-08-2026, 00:37

Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Sabah"ı qəbul edən "Kəpəz" 2:0 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:

"3 xal qazandığımız üçün futbolçularıma təşəkkür edirəm. Futbolçuların fərdi çıxışları üzərində çox dayanmaq istəmirəm. Mənim üçün əsas olan qələbədir, hətta oyun ideal olmasa belə. Biz indicə ağır və emosional baxımdan gərgin bir matç keçirdik. Heyətdə ciddi dəyişikliklər olmuşdu. Buna görə də meydana çıxan futbolçuları sərt şəkildə qiymətləndirmək ədalətsiz olardı.

İlk hissədə istədiyimiz futbolu nümayiş etdirə bilmədik və tələsik qərarlar qəbul etdik. Fasilədən sonra müəyyən düzəlişlər etdik və vəziyyəti dəyişdik. Rəqibə qol epizodları yaratmağa imkan vermədik, müdafiəçilərimiz inamlı çıxış etdilər. Xoşbəxtlikdən, qələbəni əldə edə bildik. İndi növbəti oyuna hazırlaşmalıyıq. Bizi “Hapoel Beer-Şeva”ya qarşı çox çətin matç gözləyir".

- Siz avrokubokun əsas mərhələsində, həmçinin çempionat və kubokda mübarizə aparacaqsınız. Sizcə, heyətiniz kifayət qədər genişdir?

- Mən başa düşürəm ki, eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq. Lakin biz 50 futbolçu sifariş edib üç fərqli heyətlə oynaya bilmərik. İlk dəfə üç cəbhədə mübarizə aparacağıq. Elə həftələr olacaq ki, üç oyun keçirməli olacağıq. Vəziyyəti anlayırıq və bunun həllini tapacağıq. Bu gün iştirak ərizəsində 23 futbolçu var idi və onların bəzilərinə istirahət verdik. Həqiqətən, keyfiyyətli futbolçu seçimimiz var. Bu gün qapını 20 yaşlı azərbaycanlı qapıçıya etibar etdik. Mövcud heyəti gücləndirmək lazımdır, sadəcə yeni transferlər etmək yox. Bununla belə, bizə uyğun futbolçu variantı ortaya çıxarsa, onu komandaya dəvət etməyə hazırıq. Çempionlar Liqasının pley-offu mərhələsinə məhz bu heyətlə yaxınlaşırıq və nəticələrimiz də onun yüksək səviyyəsini təsdiqləyir.”

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR