Sabiq "Kəpəz"li klubdan küsüb: "Çox yaşlı olduğumu söylədilər"

Bölmə adı Kəpəz
Yayımlandı Dünən, 15:18

"10 il əvvəlki Dario deyiləm. Lakin məni təqib edən hər kəsdən daha yaxşıyam".
Sport1.az xəbər verir ki, bu sözləri "Kəpəz"in sabiq futbolçusu Dario Frederiko deyib.
Braziliyalı oyunçu qollarını əks etdirən videoya yazdığı şərhdə "sarı-göylər"dən də bəhs edib:
"Kəpəz" məni istəmədi. Onlar çox yaşlı olduğumu söylədilər".
Frederiko hazırda klubsuzdur. Onun sonuncu iş yeri "Əl Əhli" (Bəhreyn) olub.
Dario 2015-2017 və 2018-ci illərdə Gəncə təmsilçisinin formasını geyinib.
Eyni zamanda o, Azərbaycanda "Neftçi"də də çıxış edib (2018, 2019-2020).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR