"Turan Tovuz" bu gün Ankarada sonuncu yoxlama oyununa çıxacaq.
Sport1.az xəbər verir ki, Kurban Berdıyevin komandası "Gənclərbirliyi" ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Tovuz təmsilçisi buna qədər yoxlama görüşlərində "Iğdır"ı məğlub edib (1:0), İranın U-21 yığması və "Fatih Karagümrük"lə qollu heç-heçəyə razılaşıb - hər iki matç 1:1.