son dəqiqə SON DƏQİQƏ

"Qarabağ" UEFA Konfrans Liqasında da ÇSKA ilə üz-üzə gələcək?

Bölmə adı Qarabağ
Yayımlandı 3-08-2026, 11:38

Bu gün "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin mümkün rəqiblərinin sayı azalıb.

Təmsilçimizin üz-üzə gələcəyi komanda səpələnməmişlər səbətindən olacaq:

"Xetafe" (İspaniya)
"Tvente" (Niderland) - DAK 1904 (Slovakiya) cütünün qalibi
"Beytar" (İsrail) - "Austriya" (Vyana, Avstriya) cütünün qalibi
UEFA Avropa Liqasının "Makkabi” (Tel-Əviv, İsrail) - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu

Xatırladaq ki, Qurban Qurbanovun komandası Avroliqanın II təsnifatında ÇSKA-ya uduzaraq (0:0, 0:0, penaltilər 4:5) Konfrans Liqasına yuvarlanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR