son dəqiqə SON DƏQİQƏ

"Sabah"ın "Orhus"la matçında əsas söz sahibi sloveniyalı referi olacaq

Bölmə adı Sabah
Yayımlandı 31-07-2026, 14:59

UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Sabah"ın "Orhus"la ilk matçının hakim təyinatı açıqlandı.

Sport1.az xəbər verir ki, Danimarkada keçiriləcək ilk oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Rade Obrenoviç olacaq.

Ona Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcək.

Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.

VAR-da Matey Juq, AVAR-da Alen Boroşak əyləşəcək.

Oyun avqustun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR