
"Qısa müddətdə hazırlığımızı tamamlayıb səfər oyununa üstün yollanmağı düşünürük".
Sport1.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Torpedo” ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
Rəşad Sadıqov hazırlıqlar barəsində bunları deyib:
"Qısa müddətdə hazırlaşmağımıza baxmayaraq komandamız yetərincə təcrübəlidir. Rəqib də olduqca güclüdür. Zədələr futbolun ayrılmaz hissəsidir. Sadəcə bizdə tez-tez olur. Bəzən mövsümün əvvəlində olur. Çalışırıq bunun üstəsindən gələk.
6 ildir "Zirə"dəyəm. 4 ildir ki, avrokuboklarda çıxış edirik. Finalda uduzduqdan və mövsümün sonuna 2 tur qalmış avrokuboklardan kənarda qaldığımızı biləndə seleksiya işləri başladı. Bir çox oyunçularla yolları ayırdıq. Sonra isə qısa müddətdə avrokuboklara hazırlaşmalı olduq. Rəhbərliklə görüşdük və avrokuboklarla bağlı planımızı dəyişməməyə qərar verdik. Transferlər həyata keçirdik. Bizim üçün ən çətin dönəm oldu".