son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

TNS-in baş məşqçisi: “Yorğun idik”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 7-07-2026, 23:23

"Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk matçını keçirib. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə üz-üzə gəlib. Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında TNS klubunun baş məşqçisi Qreyq Harrison oyun haqda fikirlərini bildirib:


"Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq".


- Birinci hissədə daha aktiv görünürdünüz. İkinci hissədə meydanda görünmürdünüz. Bunu nə ilə əlaqələndirirsiniz?

- İlk hissədə güc sərf etdik. Hücuma meyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik.


- Növbəti mərhələyə vəsiqə qazanacağınıza ümidiniz var?

- Bəli, ümidimiz var.


- Birinci qoldan sonra qapıçınız vaxtı uzatmağa çalışırdı...

- Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz bura yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm ki, "Sabah"a qarşı da bu uğurlu nəticəni qazanacağıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR