son dəqiqə SON DƏQİQƏ
UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı

"Bazarda məhsul yetərincə deyil" – Sadıqov

Bölmə adı Premyer Liqa
Yayımlandı 23-01-2026, 21:23

"Zirə" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Səfərdə "Neftçi"yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi".


- Qışa qədərki "Neftçi"yə qarşı oynamaq çətin idi, yoxsa bugünkünə?


- Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün "Neftçi" aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi.


- Rüfət Abdullazadənin toplanışa qoşula bilməməsi ona nə dərəcədə təsir edəcək?


- Çox istəyərdik ki, hazır olsun. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi. 


- Adətən komandalar mövsümün ikinci yarısında mübarizəyə daha hazır olmaq üçün heyəti genişləndirir, gücləndirir. Bu mövsüm isə klublarımız qış transfer bazarında aktivlik göstərmədi. Bunu nə ilə əlaqələndirirsiz? 


- Bir çox səbəblər ola bilər. Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında oynayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara. Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil.


- "Zirə" bu gün meydana qələbə üçün çıxmışdı, yoxsa heç-heçə üçün?


- "Zirə" qələbə qazanmaq istəyirdi. Amma başa düşürdük ki, qarşımızdakı rəqib "Neftçi"dir. Çox təcrübəli baş məşqçi dəvət ediblər. 3-4 həftə vaxtı var idi ki, komandanı bizimlə oyuna hazılasın. Mütləq qalib gəlmək istəyirdik. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil.


- Üçüncü pillə sizi razı salır?


- Bəli, razı salır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR