
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi Amin Ramazanovu transfer edib. 23 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Amin Ramazanov Rusiyanın “Lokomotiv” klubunun yetirməsidir. O, karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.