İstanbul klubundan qapıçı transferi

Bölmə adı Futbol / Türkiyə
Yayımlandı 7-07-2026, 15:05

"Bavariya"nın qapıçısı Aleksandr Nyubel karyerasını "Beşiktaş"da davam etdirəcək.


Sport1.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial media hesabında paylaşım edib.


Tərəflər 6,5 milyon avro transfer haqqı və 5 milyon avro bonus barədə razılığa gəliblər. Tibbi müayinədən keçdikdən sonra Nyubel 2029-cu ilə qədər müqavilə imzalayacaq və mövsümə 5 milyon avro maaş alacaq.


Qeyd edək ki, Nyubel 2020-ci ilin yayında azad agent kimi "Şalke"dən "Bavariya"ya keçib. O, Münhen klubunda cəmi dörd oyunda iştirak edib. 29 yaşlı qapıçı son üç ili icarə əsasında "Ştutqart"da keçirib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR