son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

Federasiya yeni loqosunu təqdim etdi

Bölmə adı Voleybol
Yayımlandı 7-07-2026, 16:49

Azərbaycan Voleybol Federasiyasının (AVF) yeni loqosunun təqdimat mərasimi keçirilib.


Sport1.az xəbər verir ki, yenilənmiş loqotip müasirliyi, dinamikanı və Azərbaycan voleybolunun inkişafını simvolizə edir. Yeni vizual kimlik sadə, yaddaqalan və beynəlxalq səviyyədə asan tanınan korporativ üslub yaratmaq məqsədilə hazırlanıb.


Loqotipin mərkəzində voleybol topu yer alır. Yuxarı istiqamətə yönəlmiş dinamik xətlər isə inkişafı, yüksəlişi, qələbə əzmini və idmanın enerjisini ifadə edir. Loqotipdə istifadə olunan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan Bayrağının rənglərini əks etdirərək etibarlılıq, inkişaf, həyat və harmoniyanı simvolizə edir.


Loqotipdəki üçrəngli axıcı xətlər hərəkəti, sürəti, komanda ruhunu, voleybol topunun trayektoriyasını, federasiyanın davamlı inkişaf yolunu və ölkənin müxtəlif bölgələrindən olan idmançıların vahid məqsəd ətrafında birləşməsini ifadə edir.


Yeni AVF loqosu Azərbaycanın milli kimliyini, voleybolun dinamikasını və federasiyanın gələcəyə yönəlmiş strategiyasını vahid vizual obrazda birləşdirir. Bununla yanaşı, federasiyanın yenilənmiş rəsmi internet saytı da istifadəyə verilib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR