
Türkiyənin I Liqa təmsilçisi “Fatih Karagümrük” heyətini təcrübəli hücumçu Cenk Tosunla gücləndirib.
Sport1.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı forvardla rəsmi müqavilə imzalanıb.
Xatırladaq ki, Cenk Tosun ötən mövsümün ilk yarısını “Fənərbaxça”da, ikinci hissəsini isə “Kasımpaşa”da keçirib.
Təcrübəli futbolçu 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 18 oyunda 1 qol vurub.