son dəqiqə SON DƏQİQƏ
Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - Premyer Liqa klublarının yay transferləri ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır"

Yuri Vernidub: "Futbolçuların fiziki durumu qənaətbəxşdir"

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 7-07-2026, 10:49

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununda Serbiyanın "Partizan" klubuna 0:1 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyundan sonra klubun mətbuat xidmətin açıqlama verib.


Təcrübəli mütəxəssis rəqibin güclü olduğunu və bu qarşılaşmanın Konfrans Liqasına hazırlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:


"Yaxşı oyun oldu. Çox yaxşı rəqiblə qarşılaşdıq. Onlar da bizim kimi Konfrans Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşırlar. Növbəti mərhələlərdə bu tip komandalarla üz-üzə gələcəyik. Hələ ki əsasən gündə iki məşqlə hazırlaşırıq. Buna görə də hər hissədə iki fərqli heyətlə oynadıq. Demək olar, hamıya mübarizə aparmaq şansı yaratdıq.

Hazırda oyunlarımız yükləmə altında keçir. Sabahkı istirahət günündən sonra artıq növbəti matç ərəfəsində yükləmələri yavaş-yavaş azaldacağıq və əsas heyət üzvlərini daha çox – 65-70 dəqiqə oynatmağa başlayacağıq.

Hazırlıq plan üzrə gedir. Artıq toplanışın ikinci yarısında, yükləmələr azaldılandan sonra oyun sistemimiz daha aşkar bilinəcək. Farajın yüngül narahatlığı olduğu üçün bu gün risk edib onu meydana buraxmadıq. Kurçinin vəziyyəti qənaətbəxş deyil. Ola bilər ki, bir neçə həftə buraxsın. Onunla bağlı son diaqnoz bizə veriləcək. Oyunun gedişində Ştoqrində də yüngül narahatlıq hiss etdiyimiz üçün onu dəyişdik. Bununla belə, bütün futbolçuların fiziki durumu qənaətbəxşdir”.


Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR