14:20 28.06.2026 8

Verdinub: “Yeni müqaviləyə tərəddüd etmədən razılıq verdim”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə müsahibə verib.


Sport1.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə təlim-məşq toplanışının ilk mərhələsini dəyərləndirib:


“Elə alındı ki, biz UEFA Konfrans Liqasına ikinci mərhələdən başlayacağıq. Ona görə də oyunlarımız 23 və 30 iyul tarixlərində olacaq. Bu səbəbdən daha çox vaxtımız oldu və biz 8 günlük mikro tsiklimizə iyunun 20-də Bakıdakı təlim-məşq bazamızda başladıq. Təlim-məşq toplanışı keçdik. Düşünürəm ki, hər şey istədiyimiz kimi alındı. Futbolçularla yaxşı işlədik. Əsas fundamentimizi elə qoyduq ki, işimizi davam etdirə bilək. Hər şey yeni başlayır. Toplanışın ilk mərhələsinin sonuncu günündə ikitərəfli oyun keçirdik. Birgünlük istirahətin ardından iyunun 29-da iki həftəlik təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcəyik. Orada isə daha çox texniki-taktiki gedişlər üzərində işləyəcəyik, oyunlar keçirib heyət formalaşdıracağıq. Sloveniyada 4 yoxlama matçı təşkil edəcəyik. İyulun 14-də geri qayıdacağıq. Daha sonra bir həftəlik mikro tsikldə ilk rəsmi oyunumuza hazırlaşacağıq”.


O, yay transfer dönəmində komandaya cəlb olunmuş futbolçular haqda təəssüratlarını bölüşüb:


“Mən dekabrda “Neftçi”yə gələndən sonra biz çempionatın ilk hissəsini başa vurub təlim-məşq toplanışı keçmək üçün Əbu-Dabiyə getdik. O vaxtdan biz heyəti gücləndirmək üçün çalışmağa başladıq. Bilirdik ki, bizə yeni nəfəs lazım olacaq. Ona görə də geridə qalan 5-6 ay ərzində axtarışda idik. Bu müddətdə çalışan skautlarımıza da minnətdaram. Onlar əllərindən gələni etdilər ki, bu futbolçuları tapıb gətirsinlər, komandamızı gücləndirsinlər. İnanıram ki, bu transferlər bizi daha da gücləndirəcəklər. Onlar yaxşı transferlərdir. Məsələn, Rüfət Abbasov gənc oyunçudur, millinin də üzvüdür. Onunla hər şey yeni başlayır. Biz birlikdə çalışacağıq. Bildiyimə görə “Neftçi”nin yetirməsidir. Qravilyon da yaxşı mərkəz müdafiəçisidir. Həm sağ tərəfi, həm də, eyni zamanda, altılığı və səkkizliyi bağlaya bilər. Fikrimcə, yaxşı güclənmişik. Hücuma gəlincə, Klisman kollektivə çox yaxşı qatıldı. Onunla 8 gün çalışdıq və gördüm ki, çox peşəkar insandır. Zəhmətkeş və öz üzərində işləyəndir ki, biz də elə bunu istəyirdik. Həmçinin Lyubomir Tupta elə hücumçudur ki, bütün cəhbə boyunda – həm vinger, həm mərkəz hücumçusu, hətta “10” və “8” nömrə kimi də oynaya bilər. İstəyirəm ki, bizim futbolçuların profili geniş olsun. İstəmirik ki, sadəcə sol cinah müdafiəçisi olsun. Hər mövqedə oynamağı bacarmalıdırlar və lazım olanda bunu etməlidirlər. Onlar da istənilən mövqeni bağlamağa hazırdırlar. Düşünürəm ki, yeni transferlərimiz yaxşı futbolçulardır, “Neftçi”ni gücləndirəcəklər və onlarla birlikdə qarşımızda duran hədəflərə çatacağıq”.


Yuri Vernidub transfer işləri və “Neftçi” ilə icarə müddəti başa çatmış Freddi Varqasın mümkün keçidi ilə bağlı məlumat verib:


“Hər gün işləyirik. Bizim çox yaxşı seleksiya şöbəmiz var. Onların işləri çoxdur, hər gün çalışırlar. Bizə yeni-yeni təkliflər göndərirlər, biz isə baxırıq, seçirik. Bu planda hər şey çox gözəldir. Seleksiya xidmətinin yüksək səviyyədə olmasından çox razıyam. Freddi Varqasa gəlincə, bilirsiniz ki, bizdə icarədə idi, amma icarədən sonra məxsus olduğu İsrail klubuna qayıtdı. Bəzi məsələlərlə bağlı suallar var, amma biz yenə də gözləyirik. Klub rəhbərliyimiz bu məsələ üzərində çalışır. Mümkündür ki, hər şey istədiyimiz kimi alınsın və Varqas geri qayıdıb əvvəlki kimi komandamıza kömək etsin. Xüsusilə son 9 oyunda hücumçu mövqeyində oynayırdı. Düşünürəm ki, bununla heyətimiz daha yaxşı güclənmiş olar. İndi bu barədə başqa bir şey deyə bilməyəcəyəm, amma klub rəhbərliyi bu məsələ üzərində çalışır”.


Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına da münasibət bildirib:


“Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, yeni müqaviləyə niyə qol çəkməyək?! Burada məni hər şey qane edir. Bakı gözəl şəhərdir. Azərbaycan çempionatı heç də pis deyil, hətta deyim ki, güclü çempionatdır. Komandalar qarşılarına ən yüksək hədəfləri qoyurlar. Bu mənim üçün çox maraqlıdır. Çox yaxşı layihədir. Mən də dərhal razılıq verdim. Yeni müqavilə və göstərilən etimada görə klub rəhbərliyinə bir daha təşəkkür edirəm. Bilirsiniz ki, 1 illik müqaviləm var idi, artıq anlaşma müddəti 2 illikdir. Buna görə də məşqçi heyəti və futbolçularla birlikdə daha çox çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun. Bu da, bilirsiniz ki, ən yüksək mövqelərdir”.


Baş məşqçi böyük dəstəyə görə azarkeşlərə təşəkkür edib:


“Ağlasığmaz dəstəyə görə azarkeşlərə minnətdaram. Çempionatda bizə çox böyük dəstək verdilər. Onlarsız bizim üçün çox çətin olardı. Bununla belə, istərdim ki, bizi daha çox dəstəkləsinlər, oyunlarımıza gəlsinlər. İstərdim ki, “Neftçi”nin stadionu həmişə tam dolsun. Həqiqətən də, tribunalarda çox adam olanda, hamı bizim kluba azarkeşlik edəndə çox gözəl olur. Hər kəs üçün çox maraqlı olur. Ötən mövsümə görə azarkeşlərə bir daha təşəkkür edirəm və yeni mövsümdə daha da yaxşı olmaqlarını diləyirəm. Bizim matçlara gəlin, biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün maraqlı və sevincli olsun”.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

15:30

“Çelsi”nin futbolçusu İtaliya klubunun hədəfində

14:20

Verdinub: “Yeni müqaviləyə tərəddüd etmədən razılıq verdim”

14:03

“Sabah” Macarıstan klubuna qarşı

12:50

Daha bir futbolçu komandada qaldı

12:46

“Əl-Əhli”dən 25 milyonluq transfer

12:29

Baş məşqçinin yoxluğu az çəkdi

11:33

Qurban Qurbanov: “Bu istəklə və templə davam edəcəyik”

10:38

Millinin heyətində istefa

09:56

DÇ-2026: Qrup matçlarına yekun vuruldu

09:30

DÇ-2026: Növbəti mərhələyə yüksələn komandalar müəyyənləşdi

09:09

İngiltərə, Qana və Xorvatiya 1/16 finalda

00:37

“Şamaxı” “Qəbələ” ilə qarşılaşacaq

23:34

19 yaşlı futbolçu “Siti”də

22:57

Kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsinin açılış mərasimi baş tutub

22:21

Cüdoçularımız Avropa Açıq Turnirində 3 medal qazanıb

21:58

“Zirə” Özbəkistan klubu ilə bacarmadı

21:23

“Qarabağ” Avstriya klubunu darmadağın etdi

20:55

“Şəfa”nın məşqçi heyəti müəyyənləşdi

20:38

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib

20:13

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

19:09

Niderland millisinin üzvünün yeni klubu bəlli oldu

18:39

Bu futbolçu “Real Madrid”in yeni kapitanı olacaq

18:35

İspaniya millisinin üzvü üçün DÇ bitdi

18:26

Cüdoçularımızdan Çin Qran-Prisində iki medal

18:00

Mourinyo onu “Real”da istəmir

17:30

DÇ-2026: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

17:11

“Qalatasaray”ın sabiq üzvü Azərbaycanda oynaya bilər - ÖZƏL

17:07

İspaniya futbol tarixində ilk

16:50

Het-trik etdiyi oyunun topunu özü ilə apardı

16:28

Millidə itki

16:00

"Mançester Yunayted" 17 yaşlı futbolçunu transfer edir

15:56

Muslera üzr istədi

15:37

"Səbail"dən yeni transfer - RƏSMİ

15:30

İngiltərə klubunun istədiyi yarımmüdafiəçi

15:15

Konte yığmanın baş məşqçisi olmağa yaxındır

15:00

Bu klub Elvin Cəfərquliyev üçün 2 milyon avro ödəməyə hazırdır - SON DƏQİQƏ

14:46

Salahın durumu bəlli deyil

14:34

Almaniya nəhəngində yeni müqavilə

14:04

"Neftçi" hazırlığın ilk hissəsini başa vurdu

13:44

"Qarabağ" Andradenin Ukrayna klubuna keçidini açıqladı

13:29

Afrika komandasından rekord

13:03

"Xarakter göstərdik"

12:49

Deşam tarixə düşdü

12:30

Bülent Korkmazın yeni komandası

12:02

50 milyonluq tələb

11:50

72 il sonra gələn het-trik

11:26

Byelsa istefa verdi

11:10

Bombardirlik yarışında vəziyyət gərginləşir

10:49

“Qarabağ” bu gün “Tirol”u sınağa çəkəcək

10:31

DÇ-2026: Pley-offa vəsiqəni təmin edən 28 komanda - SİYAHI

10:19

Zoff və Şiltona çatdı

09:40

Misir pley-offda, İran şansını saxladı

09:30

Belçika darmadağınla növbəti mərhələdə

09:20

Debütant Argentinaya rəqib oldu

09:10

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offda

09:00

Fransa və Seneqaldan darmadağın

23:58

“Real” onunla bağlı qərarını verdi - RƏSMİ

23:36

Şahmatçılarımızdan dünya çempionatında iki qızıl medal

22:56

“Neftçi”dən növbəti transfer - RƏSMİ

22:31

“Sabah”ın ÇL-dəki oyunlarının hakim təyinatları açıqlanıb

21:53

Tonali Premyer Liqada klubunu dəyişə bilər

21:33

Portuqaliya millisinin üzvü “Milan” yolunda

20:45

“Zirə”nin avrokubok matçına hakim təyinatları açıqlandı

20:35

“Siti”dən 150 milyonluq transfer

20:26

“Barselona”dan Rafinya qərarı

19:58

"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub

19:37

Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

19:26

Türkiyə klubunda yeni təyinat

18:48

“Turan Tovuz”da yeni müqavilə - RƏSMİ

18:00

Bəhlul Mustafazadənin durumu açıqlandı