DÇ-2026-da 1/8 final mərhələsinə yekun vurulur

Bölmə adı Futbol / Dünya Çempionatı / Manşet
Yayımlandı 7-07-2026, 14:04

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 final mərhələsinə 2 oyunla yekun vurulacaq.


Sport1.az xəbər verir ki, əvvəlcə son dünya çempionu Argentina millisi Misirlə üz-üzə gələcək. Atlanta stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İyulun 8-nə keçən gecə isə İsveçrə millisi Kolumbiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vankuver şəhərində yerləşən “BC Place” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək. Bununla da 1/4 finalın sonuncu cütlüyü bəlli olacaq.


Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları 1/4 finala vəsiqə qazanıblar.


Mundiala iyulun 19-da yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR