
“Real”ın müdafiəçisi Fran Qarsiya mövsümün sonunda komandadan ayrıla bilər.
Sport1.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” qış transfer dövründə ispaniyalı futbolçunun “Bornmut”a icarə əsasında keçidini bloklamışdı. Ancaq müdafiəçi yayda yenidən komandanı tərk etmək variantını nəzərdən keçirir və İngiltərə Premyer Liqası klublarından biri ilə danışıqlara açıqdır.
Bununla belə, “Real”ın digər müdafiəçisi Ferlan Mendinin zədələnməsi vəziyyəti dəyişə və Qarsiyanın komandadakı gələcəyinə təsir göstərə bilər.
26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 22 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.