
“Real”ın hücumçusu Rodriqo qış “transfer pəncərəsi” dövründə komandadan ayrılmaq niyyətindədir.
Sport1.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, braziliyalı vinger artıq iki klubla danışıqlara başlayıb.
Bildirilir ki, Rodriqonun xidmətində əsas maraqlı tərəflər “Arsenal” və “Mançester Siti”dir. Eyni zamanda, “Liverpul”un da transfer yarışına qoşula biləcəyi istisna edilmir. Qeyd olunur ki, Madrid təmsilçisi futbolçunun satışından təxminən 100 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Cari mövsümdə Rodriqo bütün turnirlər üzrə 21 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Real”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.