son dəqiqə SON DƏQİQƏ
Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır -

Kim Min Ce "Bavariya"dan ayrıla bilər

Bölmə adı Almaniya
Yayımlandı 19-02-2026, 10:32

"Bavariya"nın (Almaniya) mərkəz müdafiəçisi Kim Min Ce klubu tərk edə bilər.


Sport1.az xəbər verir ki, bu barədə "Sport Bild" nəşri məlumat yayıb.


Klubun idman direktoru Maks Eberl hələ ötən yay futbolçunun yaxın çevrəsinə yaxşı təklif olacağı təqdirdə, "Bavariya"nın onunla yolları ayırmağa hazır olduğunu bildirib. Hazırda Münhen təmsilçisinin bu məsələdə mövqeyi dəyişməz qalıb.


Artıq İngiltərə Premyer Liqasının iki klubunun cənubi koreyalı müdafiəçi ilə maraqlandığı qeyd olunur. Buna baxmayaraq, 29 yaşlı oyunçunun Münhendə özünü çox rahat hiss etdiyi və komandadakı durumundan məmnun olduğu bildirilir.


Qeyd edək ki, Kim Min Ce cari mövsümdə bütün turnirlər daxil olmaqla 23 matçda meydana çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR