
İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Qonsalo Qarsiya karyerasını İngiltərənin “Nyukasl Yunayted” klubunda davam etdirə bilər.
Sport1.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı hücumçu üçün ilkin danışıqlara başlayıb.
“Sağsağanlar” futbolçunun transfer hüquqlarını tam şəkildə almaqda israrlı olsa da, “kral klubu” gənc hücumçunu birdəfəlik itirmək istəmir. Madrid təmsilçisi mümkün transfer zamanı müqaviləyə geri alma maddəsi daxil etmək niyyətindədir.
Futbolçu ilə “Aston Villa” da maraqlanır. Hazırda Qarsiyanın bazar dəyəri təxminən 30 milyon avrodur.
Qeyd edək ki, Qonsalo Qarsiya 2025-ci ilin yayından “Real Madrid”in formasını geyinir.