
“Mançester Yunayted” “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem üçün ciddi transfer planı üzərində işləyir.
Sport1.az xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı oyunçunun keçidi üçün Madrid klubuna 200 milyon avro məbləğində təklif göndərməyi nəzərdən keçirir. Məlumata görə, bu addımın 2026-cı ilin yayında atılması planlaşdırılır.
Bildirilir ki, “kral klubu” rəhbərliyi gənc ulduzu satışa çıxarılmayan əsas fiqurlar sırasında görür. İngilis yarımmüdafiəçi özü də hazırda paytaxt təmsilçisindən ayrılmaq niyyətində deyil.
Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayında Madrid nəhənginə transfer olunub. O, cari mövsümdə bütün turnirlər üzrə 20 oyunda meydana çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.