
“Neftçi” yayda heyətinə qatmaq istədiyi ilk əcnəbi futbolçunu tapıb.
Sport1.az xəbər verir ki, Polşa mediasının yaydığı məlumata görə, "Yagelloniya" klubunda çıxış edən Afimiko Pululu mövsüm başa çatdıqdan sonra karyerasını Azərbaycanda davam etdirə bilər.
Anqolalı hücumçunun hazırkı komandası ilə müqavilə müddəti bitmək üzrədir və onun yeni saziş imzalamağa meyilli olmadığı bildirilir.
Bu vəziyyətdən yararlanmaq istəyən "Neftçi" artıq 27 yaşlı forvarda rəsmi təklif ünvanlayıb. Danışıqlar müsbət yekunlaşarsa, bazar dəyəri təxminən 4 milyon avro qiymətləndirilən futbolçu azad agent kimi “ağ-qaralar”ın sıralarına qoşula bilər.
Məlumatda o da vurğulanır ki, Pululu Azərbaycan Premyer Liqasını yeni mərhələ kimi dəyərləndirir və bu transferin baş tutacağı halda avrokuboklarda iştirak ehtimalı da yaranır.
Xatırladaq ki, vaxtilə "Basel" akademiyasında yetişən hücumçu 2023-cü ildən Polşa təmsilçisinin formasını geyinir.