
Bahadur Həziyev yenidən “Səbail”ə keçib.
Sport1.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
2026/27-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" Bahadur Həziyevlə “1+1” illik müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də Bakı təmsilçisinin şərəfini qoruyub.