son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edəcək ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ●

Kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsinin açılış mərasimi baş tutub

Bölmə adı Digər
Yayımlandı 27-06-2026, 22:57

Kamandan oxatma idman növü üzrə Bakı Şəhər Kubokunun II mərhələsinin rəsmi açılış mərasimi baş tutub. 


Sport1.az xəbər verir ki, paytaxtın idman təqvimində mühüm yer tutan turnirdə idmançılar gərgin və maraqlı mübarizə nümayiş etdiriblər.


Yarışı giriş nitqi ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Rəşad Əliyev ölkəmizdə idmanın kütləviliyinin artırılmasından danışıb və bu qəbil paytaxt turnirlərinin gənc istedadların üzə çıxarılmasındakı rolunu xüsusi vurğulayıb.


Azərbaycan Kamandan Oxatma Federasiyasının şöbə müdiri Kamran Həsənzadə isə daxili yarışların idmançıların peşəkar inkişafı və beynəlxalq arenalara hazırlığı üçün böyük təcrübə məktəbi olduğunu qeyd edərək, bütün oxatanlara uğurlar arzulayıb və yarışı açıq elan edib. Rəsmi hissənin ardınca böyüklər kateqoriyası üzrə təsnifat və idmançıların növbəti mərhələlərdəki mövqelərini müəyyən edən sıralama atışları keçirilib. Turnirdə 70 metr məsafədə hədəfi dəqiq vurmaq üçün 31 idmançı gərgin mübarizə aparıb.


​Günün yekunlarına əsasən, böyüklər kateqoriyası üzrə finala vəsiqə qazanan idmançıların adları məlum olub. Kişilər arasında Əliyev Məhəmmədəli, Vəliyev Sərdar, Qənbərli Əli və Rəhimli Nurlan, qadınlar arasında isə Ramazanova Yaylagül, Hüseynli Fatimə, Simonova Svetlana və Əbdürəhmanova Lalə mükafat kürsüsü uğrunda mübarizə aparacaq finalçılar sırasına daxil olublar.


Qeyd edək ki, Bakı Şəhər Kubokunun qaliblərinin adlarına sabah keçiriləcək həlledici böyük final qarşılaşmalarında aydınlıq gələcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR