son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib

Bölmə adı Digər
Yayımlandı 27-06-2026, 20:38

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində mükafatçılar bəlli olub.


Sport1.az xəbər verir ki, iyunun 27-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində final və üçüncülük görüşləri keçirilib. 


Üçüncü yer uğrunda görüşdə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı Satışı İdarəsinin komandası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandasına 7:2 hesabı ilə qalib gələrək bürünc medallara sahib çıxıb.


Sonra Fövqəladə Hallar Nazirliyini (FHN) və Ədliyyə Nazirliyini təmsil edən komandalar arasında final qarşılaşması keçirilib. 700-ə yaxın tamaşaçının izlədiyi həlledici matçı 4:3 hesablı üstünlüklə tamamlayan FHN təmsilçiləri turnirin qalibi olublar.


Görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Fövqəladə hallar nazirinin müavini Ələsgər Ələsgərov, Naxçıvan Futbol Federasiyasının (NFF) vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov və futzal üzrə milli komandamızın kapitanı Emin Kürdov iştirak ediblər. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb. Hakimlər, müxtəlif nominasiya qalibləri fəxri fərmanla təltif olunublar. Məcid Seyidov turnirin baş mükafatı olan "Heydər Əliyev Kuboku"nu qalib komandaya təqdim edib.


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və NFF-nin birgə təşkilatçılığı ilə mayın 16-da start götürən ənənəvi turnirdə 20 komandanın iştirakı ilə ümumilikdə 48 görüş keçirilib.


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və NFF-nin birgə təşkilatçılığı ilə mayın 16-da start götürən ənənəvi turnirdə 20 komandanın iştirakı ilə ümumilikdə 48 görüş keçirilib.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR