son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Prezident sərt tənqid etdi, baş məşqçi istefa verdi

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 29-06-2026, 12:49

Cənubi Koreya millisinin baş məşqçisi Hon Myunq-Bo vəzifəsindən istefa verib.


Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis 2026-cı il dünya çempionatında komandanın qrup mərhələsində mübarizəni dayandırmasından sonra bu qərarı qəbul edib.



Hon Myunq-Bo keçirdiyi mətbuat konfransında bildirib ki, çalışdığı müddətdə verdiyi bütün qərarları Cənubi Koreya futbolunun maraqlarını düşünərək qəbul edib:



"Son iki ildə hər dəfə heyəti müəyyənləşdirərkən, məşqləri və oyunları planlaşdırarkən özümə eyni sualı verirdim: "Bu, Koreya futbolu üçün doğru seçimdirmi?" Bütün qərarlarımın düzgün olduğunu deyə bilmərəm, amma onların hamısını ölkə futbolunu düşünərək vermişəm".



O, istefasından sonra da milliyə dəstəyini davam etdirəcəyini vurğulayıb:



"Millini bütün qəlbimlə dəstəkləyəcəyəm və komandanın yenidən xalqın etimadını qazanacağına inanıram".



Hon Myunq-Bonun istefası Cənubi Koreya Prezidenti Li Ce Myunun sərt tənqidlərindən bir neçə saat sonra rəsmiləşib. Prezident komandanın çıxışını "bacarıqsız rəhbərliyin nəticəsi" adlandıraraq azarkeşlərdən üzr istəyib.



Qeyd edək ki, Cənubi Koreya DÇ-2026-nın A qrupunda Meksika və Cənubi Afrikaya 0:1 hesabı ilə uduzub, yalnız Çexiyaya 2:1 qalib gəlib və qrup mərhələsində mübarizəni başa vurub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR