son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Premyer Liqamızda bazar dəyəri ən yüksək olan futbolçular - SİYAHI

Bölmə adı Premyer Liqa
Yayımlandı 10-06-2025, 12:12

Misli Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçular müəyyənləşib.

Sport1.az xəbər verir ki, "Transfermarkt" portalı Azərbaycan çempionatında çıxış edən oyunçuların yeni qiymətlərini açıqlayıb.

"Qarabağ"ın legioneri Leandro Andradenin dəyəri 500 min avro artaraq komanda yoldaşı Kadi Borgesə çatıb. Hər iki oyunçunun qiyməti 2,5 milyon avro göstərilib.

İlk "3-lüy"u Ağdam təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə (2 milyon avro) qapayır. O, 200 min avro artımla bu mövqedəki yerini möhkəmləndirib. Forvard həm də Premyer Liqanın ən bahalı yerli futbolçusudur.

Növbəti pillələrdə "Qarabağ"dan Aleksey Kaşuk (1,8 milyon avro, dəyişməyib), Mateuş Koxalski (1,5 milyon avro, dəyişməyib), Toral Bayramov (1,5 milyon avro, 300 min avro artıb), Yassin Benzia (1,2 milyon avro, dəyişməyib), Elvin Cəfərquliyev (1,2 milyon avro, 300 min avro artıb), Emmanuel Addai (1,2 milyon avro, dəyişməyib) və "Zirə"dən Salifu Suma (1,2 milyon avro, 350 min avro artım) qərarlaşıb. (Report.az)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR