son dəqiqə SON DƏQİQƏ
"Neftçi"dən 2 qollu qələbə ● Zaqreb "Dinamo"sunun sabiq futbolçusu Azərbaycan klubunda ● II Liqada 6-cı tur start götürür ● Gimnastlarımız 6 medal qazandılar ● Azərbaycan Basketbol Liqasında 1-ci tur: "Ordu" "Gəncə" ilə üz-üzə gəlir ● Günün oyunları: ● "Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ●

"Mançester Yunayted" 17 yaşlı futbolçunu transfer edir

Bölmə adı Futbol / İngiltərə
Yayımlandı 27-06-2026, 16:00

"Mançester Yunayted" kolumbiyalı gənc futbolçu Kristian Oroskonun transferini yaxın günlərdə rəsmiləşdirəcək.


Sport1.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.



​Mənbənin sözlərinə görə, 17 yaşlı dayaq yarımmüdafiəçisi 18 yaşı tamam olduqdan sonra – iyulun 13-də İngiltərə klubu ilə rəsmi müqavilə imzalayacaq. O, bazar günü İngiltərəyə yollanacaq və tibbi müayinədən keçəcək.



​"Mançester Yunayted" ötən ilin sentyabrında futbolçunun çıxış etdiyi Kolumbiyanın "Fortaleza" klubu ilə razılıq əldə etsə də, FİFA qaydalarına əsasən, Orosko 18 yaşına çatmadan transferini tamamlaya bilmirdi.



​Kolumbiyanın U-17 millisinin kapitanı olan Orosko sərt oyun üslubu, top qazanmaq bacarığı və müdafiədə etibarlı çıxışı ilə diqqət çəkib. Oyun tərzinə görə o, "Çelsi"nin yarımmüdafiəçisi Moyses Kaysedo ilə müqayisə olunur.



​Bildirilir ki, gənc futbolçu ilk mərhələdə "Mançester Yunayted"in U-21 komandasında çıxış edəcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR