“Transfermarkt” dünyanın ən bahalı klublarının reytinqini yenilədi

Bölmə adı Futbol
Yayımlandı 24-12-2025, 23:47

“Transfermarkt” portalı komandaların ümumi heyət dəyərinə əsasən dünyanın ən bahalı klublarının yenilənmiş reytinqini açıqlayıb.

Sport1.az xəbər verir ki, siyahıya 1,38 milyard avro göstərici ilə Madrid “Real”ı başçılıq edir. İkinci pillədə 1,29 milyard avro ilə “Arsenal” yer alıb. İlk üçlüyü 1,19 milyard avro ilə “Mançester Siti” tamamlayıb. Eyni göstəriciyə malik PSJ isə dördüncü sırada qərarlaşıb.

Reytinqdə diqqətçəkən məqamlardan biri “Nottingem Forest”in 13-cü pillədə yer almasıdır. İngiltərə təmsilçisi 620 milyon avroluq heyət dəyərinə malik olsa da, hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci mövqedə qərarlaşıb.

Dünyanın ən bahalı 20 klubu aşağıdakı kimidir:

  1. “Real” – 1,38 milyard avro
  2. “Arsenal” – 1,29 milyard avro
  3. “Mançester Siti” – 1,19 milyard avro
  4. PSJ – 1,19 milyard avro
  5. “Çelsi” – 1,18 milyard avro
  6. “Barselona” – 1,12 milyard avro
  7. “Liverpul” – 1,04 milyard avro
  8. “Bavariya” – 981 milyon avro
  9. “Tottenhem” – 879 milyon avro
  10. “Mançester Yunayted” – 719 milyon avro
  11. “Nyukasl Yunayted” – 713 milyon avro
  12. “İnter” – 670 milyon avro
  13. “Nottingem Forest” – 620 milyon avro
  14. “Atletiko” – 589 milyon avro
  15. “Yuventus” – 552 milyon avro
  16. “Brayton” – 520 milyon avro
  17. “Aston Villa” – 520 milyon avro
  18. “Borussiya Dortmund” – 511 milyon avro
  19. “Kristal Pelas” – 502 milyon avro
  20. “Milan” – 486 milyon avro


Qeyd edək ki, Azərbaycan klubları arasında ən yüksək heyət dəyərinə malik komanda “Qarabağ”dır. Ağdam təmsilçisinin ümumi bazar dəyəri 28,5 milyon avro olaraq qiymətləndirilir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR