son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Muslera üzr istədi

Bölmə adı Futbol
Yayımlandı 27-06-2026, 15:56

Uruqvay millisinin qapıçısı Fernando Muslera DÇ-2026-dakı uğursuz çıxışına görə azarkeşlərdən üzr istəyib.


Sport1.az xəbər verir ki, onun açıqlamasını "TyC Sports" yayıb.


Təcrübəli qolkiper qrup mərhələsində buraxdığı kobud səhvlərin komandasının pley-offa yüksəlmək şansına mənfi təsir göstərdiyini etiraf edib. O bildirib ki, İspaniyaya 0:1 hesabı ilə uduzduqları son oyunda etdiyi səhvdən sonra baş məşqçi Marselo Byelsadan onu ikinci hissədə meydana buraxmamağı xahiş edib.


“Mən heç vaxt çətinliklərdən qaçmamışam, həmişə problemlərin üzünə dik baxmışam. Mənim üçün bütün Uruqvay xalqı ilə danışmağın ən səmimi yolu da budur. Bu qədər zəhmət və hazırlıqdan sonra idmanın mənə bu qədər məyusluq yaşadacağını heç təsəvvür etməzdim. Komanda yoldaşlarıma da paltardəyişmə otağında bunu dedim.


Bütün hazırlığıma baxmayaraq, dünya çempionatında layiqincə çıxış edə bilmədiyim üçün təəssüflənirəm. Komanda yoldaşlarımdan və bütün Uruqvay xalqından üzr istəyirəm. Ancaq başa düşürəm ki, bu sözlər kifayət deyil.


İndi mənə ən yaxın insanlarla birlikdə olmalı, gücümü bərpa etməli və yoluma davam etməliyəm. Çünki bu idman belədir: bəzən sənə çox şey verir, bəzən isə hər şeyi əlindən alır. Qarşılaşdıqlarımı qəbul etməli və məni gözləyən hər şeyə hazır olmalıyam”.


Qeyd edək ki, Uruqvay millisi H qrupunu 2 xalla 3-cü pillədə başa vuraraq dünya çempionatı ilə vidalaşıb. Komanda turnirdə Səudiyyə Ərəbistanı (1:1) və Kabo-Verde (2:2) ilə heç-heçə edib, İspaniyaya isə 0:1 hesabı ilə məğlub olub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR