son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

Bölmə adı Futbol / Azərbaycan / Manşet
Yayımlandı 27-06-2026, 20:13

“Əfsanə zolaqlı” adını daşıyan, 2026/27 mövsümünün ev oyun dəsti, “Neftçi”nin 90 illik tarixinə ehtiram əlaməti olaraq, klubumuzun əfsanəvi ağ-qara zolaqlarını yenidən meydanlara qaytarır.

Sport1.az xəbər verir ki, klub tarixində ən çox istifadə olunan və “Neftçi” kimliyinin ayrılmaz simvoluna çevrilən zolaqlı forma yeni mövsümdən etibarən yenidən əsas ev forması kimi istifadə olunacaq.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada ağ rəngin üstünlük təşkil etdiyi klassik dizayn klubun zəngin keçmişi ilə gələcəyə olan iddiasını bir araya gətirir. Formanın boyun hissəsində “Neftçi”nin 90 illik yubileyinə həsr olunmuş xüsusi loqo yer alır. Bu detal klubun şanlı tarixini, nəsilləri birləşdirən irsini və yubiley mövsümünün ruhunu əks etdirərək formaya xüsusi məna qazandırır.

”Əfsanə zolaqlı” sadəcə yeni forma deyil. Bu forma “Neftçi”nin tarixini, kimliyini və ənənələrini gələcəyə daşıyan bir simvoldur. O, illərin xatirəsidir.

Tribunaların səsi, minlərlə ürəyin eyni anda döyüntüsüdür.Bu zolaqlar əfsanələrin çiyinlərində tarix yazıb. Kapitanların qəlbində xarakter qazanıb. Bu zolaqların arasında qələbə sevinci, kədərli anlar, yenidən ayağa qalxmaq əzmi, heç vaxt təslim olmamaq ruhu var.Nəsillər dəyişir, stadionlar dəyişir, amma dəyişməyən bir şey qalır – kimliyimiz. 

O, “Neftçi” üçün irsdir, xarakterdir, bir ömürlük sevgidir. Bu gün isə tarix yenidən öz rənglərinə qayıdır.“Əfsanə zolaqlı” – dünənimiz, bu günümüz və sabahımızdır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR