22:25 4.05.2026 26

Qurban Qurbanov: “Konfrans Liqasında oynamağımızı arzulayırsız?”

"Qarabağ" Misli Premyer Liqasının 30-cu turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Futbolçularımı təbrik edirəm. Oyunlarımız sıx qrafikdə keçir. Buna baxmayaraq, futbolçular sona kimi oyundan qopmadılar. Bu qələbə çox vacibdir. Sona kimi dözmək önəmli idi. Oyunçular xarakter göstərdilər. "Turan Tovuz"a uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəklükr edirəm”.


- Musa Qurbanlının zədəsi nə dərəcədə ciddidir?

- Ola bilər. Vaxt lazım olacaq. Ağrı dizindədir. Məşqdə də bunu hiss etmişdi. Bu gün ağrısı var idi. Dünənki məşqdə normal idi. Zədələndiyi epizodda ayağı düz düşmədi. Ağrı hiss etdi. Sabah dəqiqləşəcək. Xroniki zədədir.


- Buraxdığınız qolda Koxalski uğursuz çıxış etdi, yoxsa rəqib futbolçu keyfiyyəti idi?

- Hər ikisi. Baxımlı qol idi. Qapıçı belə toplara reaksiya verməlidi. Sanki daha rahat oynamaq istədi, zərbəni ciddiyə almadı. Təkrarda baxdım. Amma zərbə doğrudan da keyfiyyətli idi.


- Ramil Şeydayev bu il cəmi 1 oyuna çıxıb və 9 dəqiqə oynayıb. Onun bu gün şans qazanması nə ilə bağlı idi?

- Ramil elə oyunçulardandır ki, hər zaman işgüzarlığı ilə seçilib. Oyunlarda da, məşqlərdə də. Bu, onun ən üstün tərəfidir. Oynadı-oynamadı məşqlərdə ən yaxşılardandır. Bəzən az şans veririk. Bu gün onun son dəqiqə işgüzarlığına ehtiyac var idi.


- Kubokda "Sabah"la oyunda olanlarla bağlı AFFA İntizam Komitəsi iki həftədir araşdırma aparır. Prosesin bu qədər çox çəkməsi yaxşı haldı?

- Bilmirəm. Normaldır. Kubok bir də gələn il olacaq.


- Juninyonu geri qaytarmaq istəyərdiz?

- İnanmıram ki, onun bura gəlmək şans olsun. Çünki çox yaxşı çempionatda onayır. Meksika liqası pullu çempionatdır. Gəlsə, yox demərəm. İnanmıram ki, belə bir hal olsun. Az qol vurur, amma vacib qollar vurur. Bir az çətin görünən məsələdir.


- Yerli bazarda əcnəbi futbolçulardan kiminləsə maraqlanırsız?

- Bəli. Amma onların sahibləri var.


- Müdafiədə və hücumda sanki hər şey qaydasındadır. Yayda transfer vaxtı ən vacib mövqe hansı olacaq?

- Ümumi baxırıq. Hər xətdə bir neçə oyunçuya ehtiyacımız var. Çalışacağıq ki, sayı və keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli və gərgin oldu. Hər bir halda, hər xətdə yeniliklərə ehtiyacımız var. Futbolda düşünmədiyin hallar olur. Matçın gedişatında çox dəyişiklik edə bilmədik.


- Kuboku "Sabah"ın qazanmasını istəyərdiz, yoxsa "Zirə"nin?

- Hər iki komandaya uğurlar arzulayıram.


- Bu mövsüm Çempionlar Liqasındakı performansı nəzərə alsaq, Konfrans Liqasında daha çox yol qət edə bilərsiz?

- Konfrans Liqasında oynamağımızı arzulayırsız?(gülür) Çox istəyərdik ki, daha yuxarı liqada olaq. Böyümək üçün, böyük futbolu tam hiss etmək böyük turnirlər daha maraqlıdır. Bizi daha məsuliyyətli edir. Azarkeşlərin istəyi daha yüksək turnirlər olur. Orada tanınmış komandalar var. Məsələn, Avropa Liqası. Orada Çempionlar Liqası komandaları var. Bizim kimi hamı da belə düşünür. Bir şeyi qeyd edək ki, biz əvvəlki Avropa Liqasında cəmi 1 qələbə qazanmışdıq. Amma Çempionlar Liqasında 10 xalımız var idi. Bizdən asılı olan məsələ deyil. Avropa Liqasında oynayanda çox yaxşı komandamız var idi. Həmin il oyun baxımından, heyət baxımından Çempionlar Liqasının əsas mərhəsinə düşməyə layiq idik. Təkcə "Dinamo"ya uduzduq. Zaqrebdə nə qədər epizodumuz var idi. 0:3 ağlagələn nəticə deyildi. Orada nokauta düşmüşdük. Bakıda isə stress çox idi. O oyuna qədər bütün matçlarda yüksək səviyyədə oynamışdıq. Məşqçi olaraq rahat idim ki, biz ÇL-in əsas mərhələsinə düşəcəyik. Çox yaxşı hazırlıq keçmişdik. Amma zəmanət yox idi ki, Konfrans Liqasında və ya Avropa Liqasında şansımız çoxdur. Hər şey ola bilər. Tam əksi də baş verə bilər. O cür heyətlə cəmi Avropa Liqasında bir oyunda qalib gəldik. Heç nəyə zəmanət yoxdur. Ölkədən çıxdıqsa, fərqli stress, fərqli futbol, fərqli yanaşmadır. Orada buradakı səhvləri bağışlamırlar. Hər bir komandanın böyük potensialı, qarşısına qoyulan məqsədi var. Xeyirlisi hansıdırsa, o da olsun. Biz də istəmişik ki, hər zaman istənilən turnirdə uğurlu çıxış edək.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

18:00

“Qarabağ”ın heyətində kimlər yer alıb?

17:30

Almaniya millisində itki

17:13

Millimizin rəqibləri bəlli oldu

17:07

"Fənərbağça" futbolçusu ilə vidalaşa bilər

16:50

Mundialda unikal rekord

16:29

Futbolçunu tənqid edən aparıcı işdən çıxarıldı

16:06

Türkiyə nəhəngi milli üzvünü istəyir

15:46

"Qarabağ" iki oyunçu ilə vidalaşdı - RƏSMİ

15:30

Fransa - İraq matçı təxirə salına bilər

15:05

Lukaku üçüncü oldu

14:49

Dünya çempionatında nadir hadisə

14:31

Serbiyada bürünc medal

14:04

DÇ-2026: Günün oyunları

13:50

Bölgə təmsilçisindən transfer

13:22

"Qarabağ"ın rəqibi qələbə qazandı

13:03

"İmişli"də ayrılıq

12:47

"Sabah"ın rəqibləri bilindi

12:28

AFFA rəsmisinə təyinat

12:02

Salah yenə ön planda

11:50

"Araz-Naxçıvan"dan növbəti transfer - RƏSMİ

11:35

Elvin Cəfərquliyev bağışlandı?

11:02

Lamin Yamal ikinci pilləyə yüksəldi

10:50

“Qəbələ”ni Ermənistan klubuna dəyişdi

10:29

"Liverpul" təklifi qəbul etmədi

10:01

Türkiyə klubu Yankoviç üçün danışıqlara başladı

09:45

Məşhur futbolçu tribuna yatdı

09:20

DÇ-2026: Misirdən qələbə

09:10

Kabo Verde növbəti xalını qazandı

09:00

Belçika İranla heç-heçə etdi

00:47

DÇ-2026: İspaniyadan darmadağın

23:20

Güləşçimizdən Batumidə qızıl medal

21:45

“Qarabağ”dan növbəti transfer

20:49

Boksçularımız Olimpiya ümidləri turnirində 12 medal qazanıblar

19:23

“Neftçi”də iki yeni müqavilə - RƏSMİ

18:18

Taekvondoçumuzdan Avropa çempionatında bürünc medal

16:26

“Sabah”da ayrılıq - RƏSMİ

11:23

Millimiz Portuqaliya ilə üz-üzə gələcək

09:58

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

23:54

Rəşad Sadıqov: “7-8 transfer olacaq”

23:18

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu - FOTOLAR

22:58

DÇ-2026: Niderlanddan darmadağın

22:26

Qurban Qurbanov: “Hər mövqe üçün futbolçularla danışıqlar gedir”

21:58

“İmişli”də yeni təyinat - RƏSMİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ

19:27

I Liqaya yüksəldi - MƏŞQÇİSİ İLƏ YOLLARINI AYIRDI

18:53

“Zirə”dən yeni transfer - RƏSMİ

18:39

Boksçumuz Dünya Kubokunun finalında

18:00

45 milyonluq təklif

17:28

Dünya rekordu yeniləndi

17:20

"Zirə"də ayrılıq

17:07

Vinisius Ronaldinyonu qabaqladı

16:50

"Yuventus"dan transfer

16:36

“Real”ın Olise planı

16:33

“Neftçi” yeni transferini açıqladı

16:06

Türkiyə ilə oyunda rekorda imza atdı

15:50

“Qarabağ” üçün yeni rəqib

15:19

"Barselona" milli üzvünü istəyir

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord