
"Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırıb.
Sport1.az xəbər verir ki, bunu "bayquşlar"ın mətbuat xidməti açıqlayıb.
26 yaşlı basketbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Ukrayna millisinin hücumçusu 2024-cü ildən paytaxt təmsilçisinin formasını geyinirdi.