
Avropa Liqasının təsnifat mərhələsinin birinci turunda "Qarabağ"ın rəqibi olan İslandiyanın "Vestri" komandası ölkənin birinci divizionunun (ikinci dərəcəli liqa) 10-cu turunun oyununu keçirib.
Sport1.az xəbər verir ki, "Vestri" "Aftureldinq" üzərində 2:0 hesablı qələbə qazanıb.
İslandiya klubu hazırda 19 xalla öz liqasında ikinci yerdədir.
"Qarabağ" və "Vestri" arasında oyunlar 9 və 16 iyul tarixlərində keçiriləcək.