son dəqiqə SON DƏQİQƏ
"Neftçi"dən 2 qollu qələbə ● Zaqreb "Dinamo"sunun sabiq futbolçusu Azərbaycan klubunda ● II Liqada 6-cı tur start götürür ● Gimnastlarımız 6 medal qazandılar ● Azərbaycan Basketbol Liqasında 1-ci tur: "Ordu" "Gəncə" ilə üz-üzə gəlir ● Günün oyunları: ● "Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ●

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

Bölmə adı Futbol / İngiltərə
Yayımlandı 20-06-2026, 14:35

"Tottenhem" yay "transfer pəncərəsi"ndə yarımmüdafiə xəttini gücləndirmək üçün ciddi addımlar atır.


Sport1.az "Teamtalk"a istinadən xəbər verir ki, London klubu "Kristal Pelas"ın gənc ulduzu Adam Uortonu transfer etmək üçün hərəkətə keçib.


​Mənbənin sözlərinə görə, baş məşqçi Roberto De Zerbi 21 yaşlı futbolçunun böyük pərəstişkarıdır. İtaliyalı mütəxəssis Uortonun texniki bacarıqları, topa nəzarəti və oyunu yönləndirmə qabiliyyətinin komandasının oyun üslubuna tam uyğun gəldiyini düşünür.



"Kristal Pelas" hələlik oyunçu üçün heç bir rəsmi təklif almadığını bildirib. Klub gənc futbolçunu satmağa tələsmir və mümkün transfer üçün olduqca yüksək məbləğ tələb etməyə hazırlaşır.



Qeyd edək ki, "Tottenhem" yay transfer dönəmi başa çatana qədər heyətinə ümumilikdə üç yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR