13:55 20.06.2026 26

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

Quba şəhərində yerləşən Milli Azərbaycan Qolf Klubunda Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi 2026 keçirilmişdir.
Sport1.az xəbər verir ki, bu yarış Azərbaycan qolf tarixində əlamətdar hadisə olmaqla, yalnız Azərbaycan qolfçularının iştirakı ilə keçirilən ilk rəsmi ölkədaxili qolf çempionatı və ölkə birinciliyi kimi tarixə düşmüşdür. Turnirin əsas məqsədi ölkədə qolf idman növünün inkişafına töhfə vermək, yerli idmançıların peşəkar səviyyəsinin yüksəldilməsini təşviq etmək, sağlam rəqabət mühitini formalaşdırmaq və yeni istedadların üzə çıxarılmasına şərait yaratmaq olmuşdur.
Çempionatın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov iştirakçıları salamlamış, onlara uğurlar arzulamış və yarışın ölkədə qolfun inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.
Yarışda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən qolfçular iştirak etmiş, yüksək idman ustalığı, peşəkarlıq və fair-play prinsiplərinə sadiqlik nümayiş etdirmişlər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnir iştirakçılar, qonaqlar və qolf həvəskarları tərəfindən böyük maraqla qarşılanmışdır.
Yarışın yekun nəticələrinə əsasən:
🥇 I yer – Gülnarə Əsədova
🥈 II yer – Emin Rzayev
🥉 III yer – Eldar Kərimov
Gülnarə Əsədova ümumi sıralamada birinci yerə layiq görülərək Azərbaycan qolf tarixində ölkə çempionu adına sahib olan ilk qadın qolfçu kimi tarixə düşmüşdür. Onun bu uğuru ölkədə qadınların idmanda iştirakının təşviqi və qolfun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Turnirdə göstərdiyi yüksək nəticələrə görə Gülnarə Əsədova Azərbaycan milli qolf komandasının heyətinə daxil edilmişdir. Bu qərar onun gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək potensialının yüksək qiymətləndirilməsinin göstəricisidir.
Xüsusi nominasiyalar üzrə qaliblər də mükafatlandırılmışdır:
🏆 Best Gross Winner – Emin Rzayev
🏆 Longest Drive Winner – Amir Kərimov
🏆 Nearest the Pin Winner – Emin Rzayev
🏆 Nearest the Pin Winner – Gülnarə Əsədova
Yarışın keçirilməsində göstərdikləri dəstəyə görə sponsorlar — Sarda Group, Electrify Azerbaijan, Azerbaijan Energy Automotive Factory, Azergold, Lexus Bakı və Milli Azərbaycan Qolf Klubuna təşəkkürümüzü bildiririk. Sponsorların dəstəyi yarışın yüksək təşkilati səviyyədə keçirilməsinə mühüm töhfə vermişdir.
Yarışın sonunda qaliblər və mükafatçılar kubok, medal və diplomlarla təltif olunmuşlar. İştirakçılar üçün xüsusi hədiyyələr Milli Azərbaycan Qolf Klubu və Lexus Bakı tərəfindən təqdim edilmiş, mükafatlar Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzov və Federasiyanın vitse-prezidenti Anar Əzimov tərəfindən qaliblərə təqdim olunmuşdur.
Azərbaycan Qolf Federasiyası ölkədə qolf idman növünün inkişafı, yeni idmançıların hazırlanması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord

12:02

“Karyeramın ən yaxşı günlərindən birini yaşadım”

11:50

“Cəsarətli və əzmkar olmaq lazımdır“

11:30

96 ildə ən yaxşı nəticə

11:11

Çalhanoğlu üzr istədi

10:45

Montella: “35 illik futbol karyeramda buna çox nadir rast gəlmişəm”

10:30

Ronaldonun bacısından tənqid

10:08

Seneqal millisində böhran

09:53

Türkiyəyə qol vurdu, ən yaxşı seçildi

09:28

Türkiyə millisi növbəti mərhələ şansını itirdi

09:15

DÇ-2026: Braziliyadan üç cavabsız qol

09:00

DÇ-2026: Mərakeşdən qələbə

00:46

Millimiz İsrailə qalib gəlib

23:32

Fransa klubunda yeni təyinat

22:58

DÇ-2026: ABŞ 1/16 finalda

22:22

Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək

21:56

“Real”ın futbolçusu La Liqada klubunu dəyişə bilər

21:23

“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

20:57

“Neftçi” futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

20:23

“İmişli”də 5 ayrılıq - RƏSMİ

19:56

“Göygöl”ün futbolçusu mükafatlandırılıb

19:27

Yunanıstan klubu baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ

18:50

Elmin Bayramov mükafatlandırılıb

18:37

3 boksçumuz Dünya kubokunun yarımfinalında

18:00

Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi

17:33

İki oyuna 200 min avro

17:17

24 illik rekordu yenilədi

17:07

"Şəfa"da yeni müqavilə - RƏSMİ

16:50

"Barselona" ispan futbolçu üçün hərəkətə keçdi

16:28

Şahmatçımız Karlseni məğlub etdi

16:06

İrandan FİFA-ya şikayət

16:06

Xorvatiyalı futbolçu Azərbaycan klubunda

15:49

PSJ-nin futbolçusu "Asenal"ın hədəfində

15:30

Paytaxt klubu 40 milyonluq transferə hazırlıq

15:05

220 milyon avroluq təklif

15:00

Millimiz Latviya və Çexiya ilə eyni qrupda

14:54

Bölgə klubu anqolalı futbolçu ilə müqavilə imzaladı

14:39

Cüdoçularımızdan qızıl və bürünc medal

14:29

Əşrəf Haimi məhkəmə qarşısına çıxacaq

14:04

Gürcüstanlı futbolçu nəhəng klublarında radarında

13:45

"Sabah"ın baş məşqçisi: "2 oyunda hər şey baş verə bilər

13:30

Kanadalı futbolçu tarixə düşdü

13:04

“Qarabağ”la oyunu ləğv etdilər

12:50

“Araz-Naxçıvan”dan ayrılan Demçenkonun yeni iş yeri

12:27

“Qarabağ”la oyuna görə azarkeşlərə müraciət

12:03

DÇ-2026: Günün oyunları

11:48

Ayağında iki sümük sınığı aşkarlandı

11:31

"Liverpul"dan yeni transfer

11:02

Niderland millisinin üzvü klubunu dəyişdi

10:50

DÇ-2026: Ən çox hansı klubların futbolçuları qol vurub?

10:29

"Səbail"də yeni baş məşqçi - RƏSMİ

10:01

APOEL-dən Mahir üçün təklif

09:39

Mundialda ikinci het-trik

09:15

DÇ-2026: Meksikadan ikinci qələbə

09:00

DÇ-2026: Kanadadan altı cavabsız qol

00:57

DÇ-2026: İkinci tura start verilib - YENİLƏNİR

23:57

“İnter” baş məşqçisi ilə bağlı qərarını verdi

23:31

Liqa 1-dən Bundesliqaya - RƏSMİ

22:54

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

22:16

Bölgə klubunda yeni müqavilə

21:37

La Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

20:57

İdmançımız IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb