son dəqiqə SON DƏQİQƏ
“Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan Çempionatı keçirilib Misli Premyer Liqasında 2-ci turun qarşılaşmalarının hakim təyinatları Azərbaycanlı atlet Avropa Birinciliyində iştirak edib "Gəncəbasar" ev oyunlarını hansı stadionda keçirəcək? - "Sabah" - "Hapoel" oyununa satılan biletlərin sayı açıqlanıb Dünya Çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə start verir Millimizin sabiq üzvü bu klubu çalışdıracaq I Liqa klubunun baş məşqçisinin adı müəyyənləşib - "Tvente"nin hücumçusu: "Əgər biz cavab oyununda erkən qol vursaq..." Premyer Liqa klublarının yay transferləri Əvəzedicilər Liqası: 2-ci turun oyun cədvəli açıqlanıb Fuad Ağayevə beynəlxalq təyinat AÇ: Əli Baxışov finala yüksəlib

Türkiyə klubu Yankoviç üçün danışıqlara başladı

Bölmə adı Futbol / Premyer Liqa / Manşet
Yayımlandı 22-06-2026, 10:01

Türkiyə Superliqasına vəsiqə qazanan “Çorum” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin transferində israrını davam etdirir.


Sport1.az yerli mətbuata istinadən xəbər verir ki, adıçəkilən klub rəhbərliyi qarşı tərəflə rəsmi danışıqlara başlayıb.


Superliqada möhkəmlənməyi hədəfləyən çorumlular buna uyğun heyət qurmaq niyyətindədirlər. Rəhbərlik Yankoviçin orta sahədə komandaya liderlik edəcəyinə inanır. Monteneqrolu futbolçunun beynəlxalq təcrübəsi klub rəhbərliyini transferə həvəsləndirir. 30 yaşlı oyunçu ötən mövsüm Çempionlar Liqasında keçirdiyi 9 oyunda 1 qol, 2 assistlə yadda qalıb.


Hazırda klublar arasında rəsmi danışıqlar davam edir. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlsə, transfer yaxın müddətdə həyata keçəcək.


Qeyd edək ki, Marko Yankoviçin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR