son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Futbolçunu tənqid edən aparıcı işdən çıxarıldı

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 22-06-2026, 16:29

Fransada media nümayəndələri ilə bağlı yeni qalmaqal yaşanıb.


Sport1.az xəbər verir ki, "L'Equipe" telekanalı Belçika yığmasının futbolçusu Jeremi Doku barədə səsləndirdiyi tənqidi fikirlərə görə aparıcı Frans Pieronu efirdən uzaqlaşdırıb. Bu barədə jurnalist Klemen Qarin sosial şəbəkələrdə məlumat yayıb.


"L’Equipe" rəhbərliyi Pieronun açıqlamalarını dəstəkləmədiyini bildirib. Aparıcı efir zamanı şəxsi mövqeyini ifadə edib və həmin fikirlərin telekanalın dəyərlərindən uzaq olduğu qeyd olunub.


Bildirilib ki, telekanal həm Dokuya, həm də dünya çempionatının tamaşaçılarına görə üzrxahlıq edib.


Xatırladaq ki, Doku həyat yoldaşının övlad dünyaya gətirməsi zamanı orada iştirak etmək üçün yığmanın düşərgəsini müvəqqəti tərk edib. Bu, “L’Equipe” nəşrinin jurnalisti Frans Pyerronun sərt reaksiyasına yol açıb. O, Dokunun bu səbəbdən emosional və fiziki baxımdan yorulacağını bildirib: "Sən 10 saat vaxt itirəcəksən, yorulacaqsan, emosional sarsıntı yaşayacaqsan, tamamilə tükənəcəksən və dünya çempionatına hazır olmayacaqsan".

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR